Mübariz Qəhrəman oğlu Qurbanlı

Sədr

7 yanvar 1954-cü ildə Şəmkir rayonunda anadan olub.

Təhsili:  

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi, daha sonra aspiranturada təhsilini davam etdirib. Fəlsəfə elmləri doktorudur.

               

Əmək fəaliyyəti:

1978-1982:  Orta məktəbdə müəllim

1985-2014:  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor

1995-2010: Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri

1996-2014: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində  Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini

21 iyul 2014: Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Təltifləri:  

Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 07 yanvar 2014-cü il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.  

Ailəlidir, iki övladı var.

 

E-mail: chairman@scwra.gov.az

Telefon: (012) 492-67-47