Dini sahə ilə bağlı statistik rəqəmlər

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 993 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 956-ı İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Hazırda respublikamızda Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisəsi (İslam kolleci) fəalliyyət göstərir.

Ölkə ərazisində 2253 məscid mövcuddur.

Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

 

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.