"İmam Rza" məscidi

Sabunçu rayonu


İmam Rza məscidinin təməli 1993-cü ildə qoyulmuş, 2008-ci ildə tam başa çatdırılmışdır. Göstəricilərinə görə, Sabunçu rayonunun ən böyük məscidlərindən biridir. Qoşa minarəsinin hündürlüyü 32 metrdir. Mehrabın qarşısında Qurani-Kərimdən ayələr yazılmışdır. İbadət zalı təxminən 400 kvadratmetr olan məsciddə eyni vaxtda 500 nəfərin namaz qılması üçün bütün zəruri şərait yaradılmışdır.