Goranboyda Məhərrəm ayı ilə əlaqədar seminar-müşavirə keçirilib

Press-relizlər / 09.08.2021 / 17:36

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhərrəm ayı ilə əlaqədar rəsmi din xadimləri, dini icma sədrlərinin iştirakı  ilə seminar-müşavirə keçirilib.                                

Tədbiri giriş sözü ilə açan QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov 44 günlük Vətən müharibəsində canından keçmiş əziz şəhidlərimizə Allahdan rəhmət diləyərək, İslamda şəhidlik məqamının  önəmini vurğulayıb. Bununla yanaşı, Məhərrəmlik mərasimlərinin QMİ-nin elan etdiyi müraciətə və Nazirləri Kabineti yanında Operativ Qərargahın təklif və tövsiyələrinə uyğun həyata keçirilməsinin vacibliyini qeyd edib. Natiq çıxışında QMİ-nin tələb və tapşırıqlarını din xadimlərinin nəzərinə çatdıraraq, bu barədə ətraflı çıxış edib. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunaraq, tədbir iştirakçılarının nəzərinə çatdırılıb.                         

Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli çıxışında Məhərrəmlik ayında məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsinin zəruriliyinə diqqət çəkib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Gündüz İsmayılov:"“İslam ensiklopediyası”nın hazırlanması üçün dünya ölkələrinin təcrübəsi öyrənilir"

Açıqlama
02.03.2017 / 15:31
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.01.2018 / 15:14
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Prezident İlham Əliyevin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib

Xəbərlər
04.04.2016 / 09:27
Ətraflı oxu

Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə ...

Multikulturalizm
24.02.2016 / 10:55
Ətraflı oxu

“Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
21.04.2021 / 10:20
Ətraflı oxu