Lerikdə Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatı keçirilib

Xəbərlər / 30.07.2021 / 18:27

İyulun 30-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Lerik Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyəti və Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Səyad Babakişiyev, Lerik RİH başçısnın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov, Lerik RİH başçısnın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, Lerik Rayon Mərkəzi Kitabxanasının direktoru Tərxan Feyziyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ulu Öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı fərmanı ilə yaradıldığı, Dövlət Komitəsinin yaradılmasında əsas məqsədin dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericiliyin həyata keçirilməsi, xalqımızın çoxəsrlik milli-mənəvi, tolerant və multikultural dəyərlərinin təbliğ edilməsi olduğu qeyd edilib. Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradıldığı diqqətə çatdırılıb.  Ölkəmizdə mövcud olan tolerant və  multikultural dəyərləri təbliğ etmək,  dinimizin olduğu kimi təqdim edilməsi, gənclərin radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunması məqsədilə Dövlət Komitəsi və Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə müxtəlif adda dini təyinatlı ədəbiyyatların çap edilərək dini icmalara, kitabxanalara və keçirilən maarifləndirmə tədbirlərində vətəndaşlara təqdim edildiyi vurğulanıb.

Sonda tədbir iştirakçılarına sərgidə nümayiş edilən dini təyinatlı ədəbiyyatlar barədə məlumat verilib və kitab hədiyyələri təqdim edilib.


Son baxılan xəbərlər

İslam həmrəyliyi gənclərin gözü ilə

Press-relizlər
03.05.2017 / 15:17
Ətraflı oxu

Xırdalanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Xəbərlər
25.10.2018 / 16:23
Ətraflı oxu

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
11.11.2019 / 17:36
Ətraflı oxu

Qubada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir baş tutub

Press-relizlər
15.11.2019 / 17:07
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gəncləri növbəti könüllü fəaliyyətə dəvət edir

Xəbərlər
02.06.2021 / 10:32
Ətraflı oxu

Heydər Əliyev yolu milli inkişafın rəhnidir

Press-relizlər
10.05.2018 / 17:48
Ətraflı oxu