Hacıqabulda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda videokonfrans keçirilib

Press-relizlər / 29.07.2021 / 15:21

İyulun 29-da Dini Qurumlarla İş Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Hacıqabul rayonunda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Füzuli İbrahimov, Hacıqabul rayon Təhsil şöbəsinin müdiri Bəxtiyar Ələkbərov, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə ən böyük təhdidir. Qeyd edilib ki, din pərdəsi altında bir çox təşkilatlar və dövlətlər öz məkirli planlarını həyata keçirirlər. O da vurğulanıb ki, Azərbaycan multikultural dəyərlərə sahib ölkədir və öz tolerantlığı ilə dünyada tanınır. Ölkəmizdə bir çox xalqların və dinlərin nümayəndələri birgə və mehriban şəkildə yaşayırlar.

Sonda tədbir iştirakçıları sualları cavablandırılıb.

Son baxılan xəbərlər

Çex Respublikasında “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib

Press-relizlər
08.11.2019 / 16:09
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
08.11.2018 / 16:17
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
01.06.2018 / 17:23
Ətraflı oxu

Azərbaycanda dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır

Press-relizlər
31.05.2018 / 18:00
Ətraflı oxu

Mingəçevirdə dini icmaların hesabatları dinlənilib

Press-relizlər
29.01.2019 / 15:30
Ətraflı oxu

“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı ...

Press-relizlər
29.03.2018 / 17:38
Ətraflı oxu