Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər / 29.07.2021 / 12:30

İyulun 29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, “AVODA” partiyasının icraçı direktoru Bar İhielin və onun məsləhətçisi Melamed Lemuellə görüşüb.

Qonaqlara Azərbaycanda dini durum barədə məlumat verən Səyyad Salahlı qeyd edib ki, yəhudilər ölkəmizdə yaşayan qədim tarixə malik xalqdır. Hər iki xalq arasında hər zaman dostluq, qarşılıqlı anlaşma və həmrəylik münasibətləri mövcud olub. Ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir və bütün dinlərin nümayəndələri bərabərhüquqlu şəkildə fəaliyyət göstərir, dini ibadətlərini həyata keçirirlər. Bu baxımdan Azərbaycandakı mövcud dövlət-din münasibətləri modeli beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Eyni zamanda, diqqətə çatdırıb ki, tolerantlıq ənənəsi xalqımızın gen yaddaşının məhsuludur və dövlət siyasətinin tərkib hissəsinə çevrilərək dünya miqyasında nümunəvi modellərdən biri səviyyəsinə yüksəlib. S. Salahlı dini konfessiyaların daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, hər il onlara fəaliyyətlərinin təmin olunması, maarifləndirmə işinin aparılması məqsədilə dövlət tərəfindən maliyyə dəstəyi göstərildiyini xüsusi qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarının 44 günlük Vətən müharibəsində azad edilməsi münasibətilə təbriklərini çatdırıblar. Azərbaycanda heç bir zaman antisemitizmin olmaması, dövlət-din münasibətləri modelinin, eləcə də dini tolerantlıq mühitinin uğurlu nəticələrinin təkzibedilməz olduğunu bildiriblər. Qeyd edilib ki, bu model qorunub inkişaf etdirilməklə yanaşı, nəinki region dövlətlərində, bütün dünyada nümunəvi model kimi öyrənilməli və geniş mənada tətbiq olunmalıdır.

Görüşdə sülh və barışa böyük ehtiyac duyulan müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmağın dövrün tələbinə çevrildiyi vurğulanıb.


Son baxılan xəbərlər

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

DQİDK sədri “Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransı”nda çıxış edib

Press-relizlər
18.11.2020 / 12:57
Ətraflı oxu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Baba ziyarətgah-məscid kompleksində və Lahıcdakı ...

Xəbərlər
02.11.2021 / 10:18
Ətraflı oxu

Goranboyda Azərbaycanın dövlət müstəqilliyinin bərpası 30: dəyərlərimizin təminatı” mövzusu müzakirə olunub

Press-relizlər
18.10.2021 / 11:19
Ətraflı oxu

Mənəvi dəyərlərə qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir

Xəbərlər
18.10.2019 / 11:27
Ətraflı oxu

Dövlət müşaviri Rus Pravoslav Kilsəsinin arxiyepiskopu ilə görüşmüşdür

Xəbərlər
13.08.2014 / 18:25
Ətraflı oxu