Din xadimləri "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunu müzakirə ediblər

Press-relizlər / 28.07.2021 / 12:09

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunda  onlayn formatda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, həmçinin   Sabirabad,  Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda dövlət-din münasibətləri, dinə dövlət qayğısı, eyni zamanda məzhəbçiliyin yaratdığı fəsadlara toxunulub. O da bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din sahəsində uğurlu siyasət həyata keçirilir. Azərbaycanda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları

Xəbərlər
23.09.2017 / 09:44
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu

Saatlıda 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən danışılıb

Press-relizlər
28.09.2021 / 11:43
Ətraflı oxu

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Xəbərlər
25.12.2018 / 14:21
Ətraflı oxu

Prezident İlham Əliyev: 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət ...

Xəbərlər
27.09.2021 / 10:49
Ətraflı oxu

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
25.06.2019 / 14:26
Ətraflı oxu