“Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı onlayn tədbir keçirilib

Press-relizlər / 27.07.2021 / 17:50

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı onlayn tədbir keçirilib.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, tarix boyu Azərbaycanda dini və milli zəmində heç bir problem olmayıb. Azərbaycandakı tolerantlıq və multikultural şəraiti xüsusi vurğulanaraq bildirilib ki, tolerantlıq bu xalqın qanına hopub və heç vaxt, heç bir qüvvə bizi bir-birimizə qarşı qoya bilməz. Azərbaycanda əbədi birlik və vəhdət daim olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında hər dəfə bu məsələyə toxunarkən Azərbaycanı dünyaya nümunə göstərib. Həmçinin vurğulanıb ki, 44 günlük zəfər müharibəsi dövründə də milliyətindən, dinindən və dilindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbəmiz üçün öz töhfəsini verib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Balakəndə layihə çərçivəsində növbəti tədbir baş tutub

Press-relizlər
04.11.2016 / 17:41
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının ...

Xəbərlər
24.09.2021 / 10:19
Ətraflı oxu

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə vəsaiti ayırdı

Press-relizlər
22.09.2016 / 12:48
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.11.2019 / 15:32
Ətraflı oxu

Səyavuş Heydərov: "Xarici siyasi dairələrin radikallardan istifadə etməsi ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir"

Müsahibələr
27.01.2017 / 15:10
Ətraflı oxu

Bərdədə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
15.02.2017 / 16:27
Ətraflı oxu