“Narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirilib

Xəbərlər / 27.07.2021 / 13:56

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri  Elvin Həsilov,  Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın müdiri Güllü Əhmədova,  Qax rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, mədəniyyət işçiləri  və rayon gəncləri iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib. Bildirilib ki, insanların mənəvi-əxlaqi dəyərlərinin, sağlamlığının və rifahının qorunması məqsədilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Ümummilli Lider Heydər Əliyev tərəfindən ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Ulu Öndər siyasi kursunu bu gün uğurla davam etdirən Ölkə Prezidenti cənab İham Əliyev tərəfindən 22 iyul 2019-cu il tarixdə imzalanan sərəncam ilə  təsdiq edilən narkomanlığa qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilərək bildirilib ki, zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Narkotik vasitələrin, prekursorların, psixotrop maddələrin və digər zərərli vərdişlərin cəmiyyət arasında geniş vüsat almasının qarşısının alınması istiqamətində qətiyyətli mübarizənin təmin edilməsi üçün elektron informasiya resurslarında zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadları və narkomaniyanın qurbanı olmuş şəxslərın acınacaqlı aqibəti ilə bağlı materiallara yer verilməsi,  profilaktik  və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin aşılanması, hüquq-mühafizə orqanları və digər dövlət hakimiyyət sturukturları tərəfindən tədris müəssələrində şagirdlər və tələbələr ilə davamlı görüşlər keçirərək onlarla maarifləndirici və mənəvi-əxlaqi söhbətlərin aparılmasının,vacibliyi müzakirə edilib.


Son baxılan xəbərlər

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilir

Press-relizlər
19.01.2023 / 14:17
Ətraflı oxu

Yardımlıda “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda ikigünlük seminar keçirilib

Xəbərlər
09.09.2022 / 14:53
Ətraflı oxu

Dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir

Press-relizlər
13.05.2019 / 10:12
Ətraflı oxu

“20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.01.2017 / 13:18
Ətraflı oxu

Müqəddəs Məkkə şəhərində “Qurani-Kərimdə və Peyğəmbər sünnəsində mötədillik və mülayimlik dəyərləri” adlı beynəlxalq konfrans ...

Press-relizlər
29.05.2019 / 12:34
Ətraflı oxu

“Dünyəvi dövlətdə din və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.11.2019 / 16:50
Ətraflı oxu