Ağdaşda Qurban bayramına həsr olunmuş tədbir keçirilib

Xəbərlər / 16.07.2021 / 12:57

İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ağdaş rayon Mərkəzi Kitabxanasında Qurban bayramına həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş rayon Mərkəzi Kitabxanasının müdiri Seyfəddin Feyzullayev, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd və kitabxana əməkdaşları iştirak ediblər.   

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da böyük sevgi ilə qeyd olunduğunu bildirib. Ölkəmizin yenidən müstəqillik qazanmasından sonra bütün sahələrdə olduğu kimi dini dəyərlərimizin də yenidən bərpa olunduğunu vurğulayan Asif Ədilov bü gün ölkəmizin dünyaya tolerantlıq nümunəsi olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən xalqın öz milli-mənəvi dəyərlərinə qaydışının başlanğıcının qoyulduğunu, yeni məscidlərin inşa edildiyini, din xadimlərinə yüksək diqqət və qayğı göstərildiyini, bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu işin uğurla davam etdiyini diqqətə çatdırıb.  

Ağdaş rayon Mərkəzi Kitabxanasının müdiri Seyfəddin Feyzullayev Azərbaycanın Sovetlər dövründə öz milli-dəyərlərindən uzaq düşdüyünü, həmin dövr ədəbiyyatlarında İslam dininin  əsl mahiyyətinin düzgün qeyd edilmədiyini qeyd edib. Bu gün ölkəmizin dünya miqyasında multikultural və tolerant ölkə kimi tanındığını vurğulayan  Seyfəddin Feyzullayev  bütün dinlərin nümayəndələrinin ölkəmizdə qarşılıqlı dostluq şəkilində yaşadıqlarını,  dini dözümlülük nümayiş etdirdiklərini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd, Ağdaş rayon Mərkəzi Kitabxanasının əməkdaşı Vüsalə Məmmədova xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə hökm sürən tolerantlıqdan və dini bayramımız olan Qurban bayramının tarixindən danışıblar. 


Son baxılan xəbərlər

Sabunçu rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
09.06.2018 / 10:32
Ətraflı oxu

Mübariz Qurbanlı: "15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub"

Müsahibələr
14.06.2021 / 11:02
Ətraflı oxu

Salyanda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
28.10.2021 / 17:15
Ətraflı oxu

Ağsuda "Heydər Əliyev - dahi şəxsiyyət" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
12.01.2023 / 09:25
Ətraflı oxu

Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə vəhdət namazı qılınıb

Xəbərlər
04.12.2020 / 14:51
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.04.2022 / 16:22
Ətraflı oxu