Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində onlayn iclas keçirilib

Xəbərlər / 01.07.2021 / 17:44

İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli, 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı"nın yerinə yetirilməsi ilə əlaqədar onlayn iclas keçirilib.

İclasda DQİDK-nın rəhbər şəxsləri, Aparat və bölgə şöbələrinin əməkdaşları iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bütün dövlət qulluqçularının qanunun aliliyi və yüksək etik davranış qaydalarını rəhbər tutaraq fəaliyyət göstərmələrinin vacibliyindən bəhs edib. O bildirib ki, Dövlət Komitəsinin hər bir əməkdaşı etik davranışı və peşəkar fəaliyyəti ilə vətəndaşların quruma inamını artırmaq və möhkəmləndirmək,  nüfuzunu yüksək tutmaqla yanaşı,  qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, dövlət qulluqçularının vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Çıxış edən  Aparat rəhbəri Alim Süleymanov, Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Ümumi şöbənin müdiri Amil Cavadov, Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyeva Komitə əməkdaşlarının vəzifələrini yerinə yetirərkən vicdanlı, mədəni, qərəzsiz davranmalı, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun bu və digər tələblərini  istisnasız yerinə yetirməli olduqlarını bildiriblər.  Qeyd edilib ki, etik davranış qaydalarının pozulması dövlət qulluqçularının  qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas yaradır. Eyni zamanda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, dövlət qulluğuna yeni qəbul olunan şəxslərin bilik və bacarıqlarının inkişaf etdirilməsi və s. ilə bağlı məsələlər müzakirə edilib. 

Müzakirələrə qoşulan Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev dövlət qulluqçularının etik davranış qaydaları ilə əlaqədar gələcəkdə mütəmadi treninqlərin keçirilməsinin əhəmiyyətinə toxunublar.

İclasa yekun vuran S.Salahlı Komitənin yerli şöbələrinin əmək intizamının möhkəmləndirilməsi, Azərbaycan Respublikasına məxsus dövlət-din modelinin multikultural və tolerant dəyərlərimizin təbliğ və təşviqi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
22.10.2019 / 13:06
Ətraflı oxu

Prezident İlham Əliyev: "Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, ...

Xəbərlər
18.01.2022 / 17:09
Ətraflı oxu

İlham Əliyev güclü liderlik nümayiş etdirir

Press-relizlər
18.06.2020 / 09:48
Ətraflı oxu

Saatlıda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq işə başlayıb

Press-relizlər
11.06.2018 / 17:41
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu ötən il ərzində də dini etiqad sahəsindəki fəaliyyətini uğurla davam ...

Press-relizlər
17.01.2022 / 13:39
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
16.02.2018 / 16:15
Ətraflı oxu