26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn regional konfrans keçirilib

Press-relizlər / 25.06.2021 / 16:36

İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn regional konfrans keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Abdulla Tağıyev, eləcə digər dövlət qurumlarının nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlar zamanı ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, ölkənin müdafiəsi və hərbi kadrların hazırlığının təşkilinin dövlətimizin əsas prioritet fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, ölkənin müstəqilliyi və suverenliyinin müdafiəsi, ordu quruculuğunun təkmilləşdirilməsi və ölkədə hərbi kadrların hazırlığının təşkili sahəsində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən düşünülmüş daxili  və xarici siyasət nəticəsində ilk olaraq  Bakı şəhərində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb və Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi yaradılmış, Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradılması haqqında, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında” və“Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşının alınması üçün Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə əks-həmlə əməliyyatının başlanıldığı, 44 günlük Vətən müharibəsi dövründə əzəli torpaqlarımızın ordumuz tərəfindən düşmən tapdağı altından azad edilməsi ilə tarixi ədalətin bərpa edildiyi bildirilib.


Son baxılan xəbərlər

Prezidentin Sərəncamı bölgələrdə uğurla icra olunur

Arxiv
09.02.2018 / 09:55
Ətraflı oxu

Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur

Açıqlama
28.11.2015 / 12:24
Ətraflı oxu

Qusarda “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mözusunda ...

Press-relizlər
07.12.2021 / 15:48
Ətraflı oxu

Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri və din xadimləri ilə ...

Xəbərlər
18.06.2015 / 09:55
Ətraflı oxu

Qubada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Xəbərlər
25.02.2021 / 11:52
Ətraflı oxu

Kürdəmirdə "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib

Press-relizlər
29.03.2017 / 16:37
Ətraflı oxu