“Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib

Xəbərlər / 25.06.2021 / 16:32

İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda  onlayn seminar keçirilib.

Seminarda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev və şöbənin əməkdaşları, Qobustan RTŞ-nın müdiri Tahir Səbzaliyev və şöbənin əməkdaşları, Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, eləcə də idarənin əməkdaşları, Qobustan rayon Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov, məktəb direktorları, məktəblərin müəllim kollektivi, şagirdlər, könüllülər və fəal gənclər iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, milli dəyərlərimizin qorunması və inkişafı Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqımızın milli oyanışının əsası qoyulub.

Sonda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.


Son baxılan xəbərlər

Samuxda “Heydər Əliyev və insan hüquqları” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
19.04.2023 / 14:32
Ətraflı oxu

“Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans

Xəbərlər
29.06.2020 / 17:01
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış" mövzusu müzakirə edilib

Xəbərlər
23.09.2021 / 13:53
Ətraflı oxu

Bölgələrdə qarşıdan gələn Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
27.07.2022 / 15:18
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəranda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:22
Ətraflı oxu

Masallıda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib

Press-relizlər
14.09.2021 / 15:59
Ətraflı oxu