“Erkən nikah problemi və ona qarşı mübarizə yolları” adlı onlayn seminar-treninq keçirilib

Xəbərlər / 17.06.2021 / 17:31

İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Zaqatala rayonunda “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” adlı onlayn seminar-treninq keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri  İlqar Vəliyev, rayon Qeydiyyat şöbəsinin rəisi Aybəniz Kələşova, Ailə, qadın və uşaq problemləri üzrə regional mərkəzin direktoru Cövhərət İbrahimova, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala rayon filialının direktor müavini Həqiqət Qədimova, Zaqatala Qadın resurs mərkəzinin koordinatoru Tamella Mirzəyeva,   rayon Mədəniyyət mərkəzinin direktoru Aybəniz Heydərova, Zaqatala rayonu N.Gəncəvi adına Mərkəzi kitabxanalar sisteminin müdiri Gülnigar Məmmədova, gənclər və rayon ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Çıxışlar zamanı cəmiyyətimizə vurduğu ziyana görə erkən nikahın dövrümüzün mühüm və aktual problemlərindən biri olması qeyd edilib. Rəsmi nikah üçün müəyyən olunmuş yaş həddinə çatmayan fərdlər tərəfindən qurulan ailələrdə nikahın pozulması, uğursuz ailələrin sayının artması, uşaqların ailə himayəsindən kənarda qalması, xəstə uşaqların dünyaya gəlməsi, vətəndaşların konstitusion hüquqlarının pozulması, məişət zorakılığı, fiziki-psixoloji çətinlik və gərginlik, ana ölümü və sair mənfi halların  müşahidə olunması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Ölkə ərazisində  erkən nikah hallarının baş verməməsi üçün qabaqlayıcı və  profilaktiki  tədbirlərin aparılması, erkən nikah problemi və uşaq hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində görülən dövlət tədbirlərindən bəhs edilib. Qeyd edilib ki, Ulu Öndər Heydər  Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra mühüm qanunvericilik aktlarının qəbul edilməsi ölkədə erkən nigah probleminin geniş vüsat almasının qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Yeniyetmə və gənclərimiz ilə müntəzəm olaraq görüşlərin keçirilməsi, milli-mənəvi və ailə dəyərlərinin aşılanması, dövlət hakimiyyəti orqanları ilə yanaşı təhsil, səhiyyə, mədəniyyət təşkilatlarının qarşılıqlı fəaliyyəti, valideynlər ilə aparılan iş sağlam gələcəyin təmin edilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdir.


Son baxılan xəbərlər

“XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
25.10.2021 / 15:20
Ətraflı oxu

Prezident İlham Əliyevin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunublar

Xəbərlər
23.06.2022 / 09:44
Ətraflı oxu

Binəqədidə “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.11.2016 / 10:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Xəbərlər
27.02.2020 / 14:42
Ətraflı oxu

“Dövlət və Din” jurnalının yeni sayı çapdan çıxıb

Press-relizlər
02.06.2022 / 15:35
Ətraflı oxu

Goranboyda “Vətənə sədaqət müqəddəsdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.08.2022 / 16:03
Ətraflı oxu