
Xəbərlər / 11.06.2021 / 17:56
İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Şəki şəhər Gənclər və İdman idarəsi və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları” mövzusunda videokonfrans keçirilib.
Onlayn tədbirdə DQİDK–nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Calalzadə, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov, idarənin əməkdaşları, Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşları və rayon gəncləri iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, belə tədbirlərin keçirilməsi insan hüquqları sahəsində ötən dövrdə əldə edilən nailiyyətləri müzakirə etmək, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Natiqlər insan hüquq və azadlıqları ilə bağlı qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən layihələr barədə danışıblar.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.