
Press-relizlər / 08.06.2021 / 16:52
İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman idarəsi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq Məmmədov, Rayon Gənclər İdman İdarəsinin əməkdaşı Bakir Həsənov, Rayon Təhsil şöbəsinin əməkdaşı Ləman Abbasova, eləcə də gənclər iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov qeyd edib ki, Azərbaycanda gənclərin və uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində addımlar atılır, müvafiq sənədlər, dövlət proqramları qəbul edilir. Mövzunun əhəmiyyətini qeyd edən E.İbrahimov milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmanın vacibliyini söyləyib.
Daha sonra çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.