
Xəbərlər / 07.06.2021 / 16:54
İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab və Tovuz rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş “Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf” adlı videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı Azərbaycan dövlətidir. Ümummilli Lider şərəfli həyat yolu ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı milli ideyalar ətrafında bir araya gətirən rəmzdir. Həmçinin çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkədə qüdrətli dövlətin, güclü xalqın və möhtəşəm inkişafın təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanıb.