Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 04.06.2021 / 17:24

İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay şəhəri Mərkəz məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dini durum və pandemiyaya qarşı mübarizə” adlı  tədbir keçirilib.

Xüsusi karantin rejimi qaydalarına əməl etməklə keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Nicat İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Cavid Səfərov, Rəsul Kazımov, rayonda fəaliyyət göstərən məscidlərin dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı rayonun mövcud dini durumu ilə bağlı ətraflı söhbət və müzakirələr aparılıb. Koronavirus pandemiyasına qarşı mübarizədə dini icmalar və din xadimlərinin daha aktiv fəaliyyət göstərməsinin əhəmiyyəti vurğulanıb. Eləcə də iyunun 10-dan etibarən məscidlərin açılması, Operativ Qərargahın tərtib etdiyi qaydalarla məscidlərin fəaliyyət göstərməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.         


Son baxılan xəbərlər

“Mərasimlərimizi şəhidlərimizin ruhuna layiq şəkildə keçirməliyik”

Açıqlama
25.11.2012 / 14:30
Ətraflı oxu

Balakən rayonunda seminar-müşavirə keçirilib

Press-relizlər
07.10.2022 / 15:43
Ətraflı oxu

Göyçayda “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.03.2022 / 15:33
Ətraflı oxu

Mübariz Qurbanlı: Hakimiyyətlə xalq birliyinin mövcud olması koronavirusa qarşı mübarizədə böyük əhəmiyyət daşıyır

Müsahibələr
21.04.2020 / 11:34
Ətraflı oxu

Dövlət Komitəsinin sədri "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Press-relizlər
14.09.2016 / 15:46
Ətraflı oxu

Suqovuşandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
20.06.2022 / 10:26
Ətraflı oxu