Zərdabda “Erkən nikah, dini radikalizm və zərərli vərdişlər” adlı tədbir keçirilib

Press-relizlər / 04.06.2021 / 17:15

İyunun 4-də Zərdab şəhər 1 saylı məktəb liseyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah, dini radikalizm və zərərli vərdişlər” adlı tədbir keçirilib.

Xüsusi karantin rejimi qaydalarına əməl etməklə keçirilmiş tədbirdə Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru Vüsalə Əliyeva və liseyin tərbiyə işləri üzrə direktor müavini Səliqə İsmayılova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Polis Şöbəsinin nümayəndələri, eləcə də liseyin müəllim və yuxarı sinif şagirdləri  iştirak ediblər.

İlk olaraq tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı erkən nikahların qarşısının alınması və bu sahədə görülən genişmiqyaslı tədbirlərdən danışılıb, bu problem ilə mübarizədə ictimai qınağın önəmi vurğulanıb. Erkən nikah hallarının qarşısının alınmasında ailə və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyü qeyd edilib.  Həmçinin çıxışlar zamanı bildirilib ki, zərərli vərdişlər və dini radikalizmlə mübarizədə gənclər arasında davamlı olaraq maarifləndirmə işləri aparılmalıdır.

Tədbirin sonunda dikussiya təşkil olunub, ətraflı fikir mübadiləsi aparılıb. 


Son baxılan xəbərlər

Siyəzəndə “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
22.10.2019 / 17:13
Ətraflı oxu

Vladimir Fekete: Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir

Multikulturalizm
14.09.2016 / 14:30
Ətraflı oxu

Saatlıda “Milli-mənəvi və ailə dəyərlərimizin təbliği” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.01.2020 / 14:12
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib

Multikulturalizm
17.11.2016 / 10:44
Ətraflı oxu

Qubada “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2018 / 17:04
Ətraflı oxu

AXC-nin 100 illiyi Qaradağda qeyd edilib

Press-relizlər
29.05.2018 / 10:10
Ətraflı oxu