Qusarda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər / 04.06.2021 / 13:33

İyunun  4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Qusar Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar Rayon Təsil Şöbəsinin Metodiki kabinet müdiri Svetlana Səfərova, məktəb direktorları, təşkilatçı müavinlər, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və psixoloqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev bildirib ki, cəmiyyət üçün xüsusi narahatlıq doğuran nüanslardan biri dini radikalizmin fəsadlarının məktəblilərə müxtəlif yollarla təsiridir. Dini radikalizm və onun fəsadlarına qarşı mübarizədə təhsil və maariflənmə mühüm rol oynayır. Təhsil pilləsinə uyğun olaraq dini radikalizmin fəsadları haqqında məlumatı olan gənclər və məktəblilər onları din adından istifadə edərək öz çirkin əməllərinin qurbanına çevirmək istəyən radikal dini qrupların yalanlarına inanmaz, düşüncəli hərəkət edərək özlərini, həmçinin ətrafındakı dostlarını dini radikalizmin fəsadlarından qoruyar. Dini radikalizmin fəsadlarından birinin və ən əsasının  məktəblilərin, gənclərin təhsildən yayınması olduğunu diqqətə çatdıran Elnur Ağasiyev  bu mənfi və təhlükəli tendensiyanın qarşısının alınması üçün ziyalıların, müvafiq qurumların, müəllimlərin və valideynlərin birlikdə hərəkət etməsinin əhəmiyyəti barədə fikirlərini videokonfrans iştirakçılarına çatdırıb.

Videokonfransda çıxış edən Qusar şəhər 3 saylı tam orta məktəbin direktoru Sədaqət Kərəməliyeva məktəblilərin və gənclərin dini radikalizmin fəsadlarından qorunmasında milli-mənəvi dəyərlərimizin əhəmiyyətini qeyd edib. Bildirib ki, xalqımızın simasında zaman-zaman yaşamış və keçmişdən bizə gəlib çatmış milli-mənəvi dəyərlərimiz ruhunda böyüyən və təhsil alan məktəblilər həmişə dini radikalizmdən uzaq olar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Oğuzda maarifləndirici tədbir keçirilib

Xəbərlər
19.02.2020 / 14:29
Ətraflı oxu

Gənclər dini dözümlülük və tolerantlıq ruhunda tərbiyə olunmalıdır

Press-relizlər
15.01.2019 / 10:20
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.01.2018 / 15:14
Ətraflı oxu

Bərdədə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.12.2018 / 16:06
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyanda tədbir keçirilib

Press-relizlər
07.06.2016 / 09:43
Ətraflı oxu