
Press-relizlər / 31.05.2021 / 13:18
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda onlayn videokonfrans keçirilib.
Tədbirdə DQİDK–nın Şəki bölgəsi üzrə şöbənin əməkdaşı Zaman Şirinov, Qəbələ rayon Hacıallı kənd məscidi dini icmasının sədri Mehman Şəfiyev və gənclər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verilib. Məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.