“Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər / 27.05.2021 / 10:46

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Dövlət Universitetinin (LDU) nəzdində Sosial və Aqrar-Texnoloji kollecin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, LDU nəzdində Sosial və Aqrar-Texnoloji kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzazadə, kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, kollecin psixoloqu Zülfiyyə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının psixoloq müəllimi, LDU-nun doktorantı Vəsilə Əzizova və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı məişət zorakılığının qarşısının alınması və bu istiqamətdə mövcud olan qanunvericilik aktları barədə iştirakçılara məlumat verilib. Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutan ailə dəyərlərinin qorunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, ailə dəyərlərini yad düşüncələrdən qorumaq, tərəflərə qarşılıqlı inam və anlaşmanı, habelə, humanizmi aşılamaq məişət zorakılığına qarşı mübarizədə olduqca əhəmiyyətlidir.


Son baxılan xəbərlər

İslam həmrəyliyi dövrün tələbidir

Press-relizlər
04.10.2017 / 10:06
Ətraflı oxu

Alban-udi xristian dini icmasının nümayəndələri Xudavəng monastırında Pasxa bayramını qeyd ediblər

Xəbərlər
10.05.2022 / 14:59
Ətraflı oxu

Binəqədidə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
27.11.2019 / 10:07
Ətraflı oxu

Ağdamda “Azərbaycanın dövlət müstəqilliyinin bərpası -30: dəyərlərimizin təminatı” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər
18.10.2021 / 11:37
Ətraflı oxu

Nizami rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
04.12.2017 / 17:38
Ətraflı oxu

“Milli -mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib.

Press-relizlər
26.12.2014 / 15:03
Ətraflı oxu