"Erkən nikah problemləri və ona qarşı mübarizə yolları" mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər / 25.05.2021 / 11:49

Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Erkən nikah problemləri və ona qarşı mübarizə yolları" mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Yardımlı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, eləcə də din xadimləri və gənclər iştirak ediblər. 

Çıxışlarda erkən nikahların xüsusən yeniyetmə qızların təhsildən yayınması və onların təhsil hüququnun pozulması ilə müşahidə edildiyi bildirilib. Bu baxımdan bu faktları aradan qaldırmaq üçün dövlət orqanları kimi ictimaiyyətin, həmçinin ağsaqqal və din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyü qeyd olunub. Vurğulanıb ki, erkən yaşda nikaha daxil olmaq sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir və bu neqativ hal bizim ölkədən də yan keçməmişdir.

Videokonfrans müzakirələrlə davam etdirilib.


Son baxılan xəbərlər

Səyavuş Heydərov: Ermənistan nəinki Azərbaycan, bütün dünya üçün təhlükə mənbəyidir

Xəbərlər
19.10.2020 / 10:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayer ilə görüşüb

Xəbərlər
04.02.2021 / 16:26
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
24.11.2022 / 10:34
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə üçüncü Əlavə Görüşündə çıxış edib

Press-relizlər
11.11.2020 / 11:25
Ətraflı oxu

Brüsseldə beynəlxalq konfrans keçirilib

Press-relizlər
06.12.2022 / 15:42
Ətraflı oxu