
Press-relizlər / 20.05.2021 / 17:36
Dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda elan edilmiş yazı müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən yazı müsabiqəsinin nəticələrinə görə, Zaqatala rayon Çobankol kənd “Cümə” məscidi dini icmasının sədri Məhəmməd Nurullayev birinci, Zərdab rayon İsaqbağı kənd məscidi dini icmasının üzvü və məscidin imamı Elgün Kərimov ikinci, Beyləqan rayonu Qaralılar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov üçüncü yerə layiq görülüblər. Füzuli rayon “Mahmudlu-2” kənd məscidi dini icmasının sədri Sevindik Əsgərli, Ağcabədi rayon Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Bakı şəhər Xəzər rayon Türkan qəsəbə “Bağlar” məscidi dini icmasının sədri Elman Həsənov isə həvəsləndirici mükafatlarla təltif ediliblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qalibləri təbrik edərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Dövlət Komitəsi hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə yazı müsabiqəsi keçirir.