“Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” adlı onlayn seminar-treninq keçirilib

Press-relizlər / 19.05.2021 / 13:21

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” adlı  onlayn seminar-treninq keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Tərlan Nəzərov və şöbənin əməkdaşı Vüqar Məmmədov, Zaqatala Rayon Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, YAP Zaqatala rayon təşkilatının aparat rəhbəri Fərid Ramazanov, eləcə də ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan poeziyasının klassiki, orta əsrlərin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış zəngin yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd edilib ki, şairin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığında xalqlara, insanlığa və ləyaqətə hörmət, vətənpərvərlik hissləri və doğma vətənə sevgi vurğulanır. Görkəmli sənətkarın adının, şəxsiyyətinin və yaradıcılığının daim uca tutulması məqsədi ilə görülən işlərin dövlətimizin əsas prioritet fəaliyyət istiqaməti olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb, vurğulanıb ki, 2021-ci il Azərbaycanda  görkəmli sənətkarın 880 illiyi ilə əlaqədar olaraq “Nizami Gəncəvi İli” elan edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

Press-relizlər
28.10.2017 / 12:15
Ətraflı oxu

Zaqatalada “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.09.2019 / 16:31
Ətraflı oxu

Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
22.05.2019 / 16:38
Ətraflı oxu

Mübariz Qurbanlı: Dünya Dini Liderlərinin 2-ci Bakı Sammiti bir daha birgəyaşayın və multikultural modelin ...

Müsahibələr
20.11.2019 / 10:14
Ətraflı oxu

Nic qəsəbəsində “Pasxa” bayramı keçirilib

Press-relizlər
02.05.2016 / 14:16
Ətraflı oxu

Xətai rayonunda “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir baş tutub

Press-relizlər
04.06.2019 / 15:38
Ətraflı oxu