“Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 07.05.2021 / 13:56

Mayın 6-da Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.

Xüsusi karantin rejiminin qaydalarına əməl etməklə keçirilmiş tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan xalqının tarixən formalaşmış zəngin tolerantlıq ənənələri artıq uzun illərdir ki, bütün dünyada bir örnək olaraq qəbul olunur. Azərbaycanda təmsil olunan bütün konfessiyaların nümayəndələrinin dövlətimizlə həmrəylik nümayiş etdirməsi, eləcə də Vətən müharibəsi üçün səfərbər olunması ölkəmizin burada yaşayan bütün dini və etnik qrupların əzəli və əbədi, bölünməz Vətəni  olduğunu göstərir.

Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Bu dəyərlərin içərisində ən ümdəsi ortaq Vətən və əsrlər boyu formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan dəyərlərdir.

Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” adlı sənədli film tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.


Son baxılan xəbərlər

Masallıda 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər
30.03.2018 / 16:02
Ətraflı oxu

Maştağada “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusu müzakirə edilib

Xəbərlər
12.02.2020 / 17:55
Ətraflı oxu

DQİDK sədri ABŞ-dan olan qonaqlarla görüşüb

Xəbərlər
18.05.2022 / 14:54
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
22.02.2020 / 09:21
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışır”

Xəbərlər
28.06.2022 / 09:45
Ətraflı oxu