“Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər / 04.05.2021 / 12:55

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib.

Seminarda DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, eləcə də dini icma üzvləri və din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov radikalizmin mahiyyəti haqqında danışıb, onun yaratdığı fəsadlar və gələcək təhlükələri qeyd edib. Bildirib ki, Dövlət Komitəsi QMİ ilə birgə xurafat, dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslam dəyərlərinin dirçəldilməsi məqsədilə dini maarifləndirmə istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər keçirir. Bu tədbirlərə əsasən gənclərin cəlb edilməsinə daha çox üstünlük verilir, çünki onlar radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər.

Mövzu ətrafında çıxış edən Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev və Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini Bəhruz Əhmədov gənclərə dini maarifləndirməyə diqqət yetirmələrini və bu sahəni daha dərindən öyrənmələrini tövsiyə ediblər.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, ...

Xəbərlər
28.11.2022 / 11:34
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Zərdabda Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər
02.05.2019 / 17:15
Ətraflı oxu

Səyyad Salahlı: “Bütün müsəlman dövlətləri Aşura gününü kütləvi qeyd etməkdən çəkinir”

Açıqlama
27.08.2020 / 10:05
Ətraflı oxu

Göygöl rayonunda və Gəncədəki N saylı hərbi hissədə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” mövzusunda tədbirlər ...

Press-relizlər
28.08.2019 / 16:41
Ətraflı oxu

Siyəzəndə “Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” mövzusunda dəyirmi masa keçirilib

Xəbərlər
11.11.2022 / 15:52
Ətraflı oxu