Dövlət Komitəsinin “Könüllümüz ol” layihəsinin növbəti iştirakçıları layihəni uğurla başa vurdular

Könüllü fəaliyyət / 03.05.2021 / 15:32

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsində təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin iştirakçıları ilə video formatda görüşüb.

Gündüz İsmayılov Prezident İlham Əliyevin gənclərin inkişafına yönələn dövlət siyasətini daim diqqət mərkəzində saxlamasından, dövlət başçısı tərəfindən dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq kimi vəzifələrin qoyulmasından bəhs edib.

Diskussiya şəraitində keçən görüşdə sədr müavini könüllüləri maraqlandıran sualları cavablandırıb, könüllülük fəaliyyətinin gənclərin gələcək iş həyatlarına önəmli və effektiv təsir edəcəyinə əminliyini ifadə edib.

Təcrübə kursunu müvəffəqiyyətlə başa vuran gənclərə təbriklərini çatdıran G. İsmayılov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

1 il müddətində Dövlət Komitəsində təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, DQİDK-nın könüllüləri sırasından Minarə Calalzadə Dövlət İmtahan Mərkəzinin elan etdiyi müsabiqədə uğur qazanaraq Şəki bölgəsi üzrə şöbədə işlə təmin olunub.


Son baxılan xəbərlər

STOP İSLAM! Avropanın qaranlıq üzü – Dəhşətli faktlar

Press-relizlər
02.12.2019 / 12:30
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
08.11.2019 / 09:18
Ətraflı oxu

Ağcabədidə “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.09.2019 / 10:08
Ətraflı oxu

Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Xəbərlər
09.02.2022 / 16:11
Ətraflı oxu

Şamaxıda soyqırımı qurbanlarının xatirəsi anılıb

Press-relizlər
30.03.2019 / 09:34
Ətraflı oxu

DSX-nin Sərhəd Nəzarətində dini radikalizmlə mübarizəyə həsr edilmiş seminar keçirilib

Xəbərlər
29.09.2022 / 11:18
Ətraflı oxu