
Xəbərlər / 30.04.2021 / 15:28
Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü, bölgənin din xadimlərinin iştirakı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı vebinar keçirilib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, tarix boyu Azərbaycanda dini və milli zəmində heç bir problem olmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında hər dəfə bu məsələyə toxunarkən Azərbaycanı dünyaya nümunə göstərib. Natiq vurğulayıb ki, 44 günlük zəfər müharibəsi dövründə də milliyətindən, dininindən və dilindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbəmiz üçün öz töhfəsini verib.
Çıxış edən digər tədbir iştirakçıları Azərbaycandakı tolerantlıq və multikultural şəraiti xüsusi vurğulayaraq bildiriblər ki, tolerantlıq bu xalqın qanına hopub və heç vaxt, heç bir qüvvə bizi biri – birimizə qarşı qoya bilməz. Azərbaycanda əbədi birlik və vəhdət daim olacaqdır.
Vebinarda iştirak edən din xadimləri da müzakirələrə qoşulub, fikirlərini bildiriblər.