“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda videokonfrans keçirilib

Xəbərlər / 30.04.2021 / 13:16

Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonu Səpnəkəran, Vel, Göyşaban, Ürgə kənd tam və Şağlaser kənd ümumi orta məktəblərinin direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, kitabxana müdirləri və "Həyat bilgisi" fənnini tədris edən müəllimlər iştirak edib.

Çıxışlar zamanı şagirdlərin milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti vurğulanıb. Natiqlər məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.


Son baxılan xəbərlər

"Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr ...

Kitablar
19.01.2017 / 13:52
Ətraflı oxu

Azərbaycan və Qazaxıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xəbərlər
27.10.2021 / 17:08
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
24.01.2018 / 12:42
Ətraflı oxu

DQİDK sədri: Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı ...

Press-relizlər
14.12.2020 / 10:51
Ətraflı oxu

Tarixə şəhid qanı ilə yazılmış 20 Yanvar faciəsi

Press-relizlər
19.01.2018 / 11:22
Ətraflı oxu

Yevlaxda Vətən müharibəsinə həsr olunmuş “Vətən naminə” sənədli filminin nümayiş keçirilib

Press-relizlər
13.10.2021 / 16:32
Ətraflı oxu