“Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda videokonfrans keçirilib

Xəbərlər / 30.04.2021 / 13:16

Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonu Səpnəkəran, Vel, Göyşaban, Ürgə kənd tam və Şağlaser kənd ümumi orta məktəblərinin direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, kitabxana müdirləri və "Həyat bilgisi" fənnini tədris edən müəllimlər iştirak edib.

Çıxışlar zamanı şagirdlərin milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti vurğulanıb. Natiqlər məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.


Son baxılan xəbərlər

“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2019 / 09:14
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi Ukrayna mətbuatında dərc edilib

Xəbərlər
11.09.2020 / 10:40
Ətraflı oxu

Mübariz Qurbanlı: "İctimai-siyasi sahədə olduğu kimi, dini baxımdan da sabit ölkəyik" MÜSAHİBƏ

Müsahibələr
12.09.2014 / 17:51
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2019-cu ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Kitablar
26.10.2020 / 14:07
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
14.08.2014 / 15:15
Ətraflı oxu