Prezident İlham Əliyev: "Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib"

Xəbərlər / 27.04.2021 / 16:22

Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb.

Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Zəngilan məscidinin vəziyyəti ilə tanış olarkən deyib.

Dövlət başçısı qeyd edib ki, Zəngilan rayonunda yarıdağılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb. Bu videokadrlar var. Ağdam məscidində donuz saxlanılıb və bu, bütün müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi öz etiraz səsini ucaltmışdır. ICESCO-nun Baş katibi azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır. Biz də bu işdə fəal olmalıyıq. Bütün dövlət qurumlarına göstəriş verildi, ictimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin - faktlarla, sübutlarla, şəkillərlə.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib.

“Biz isə bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir” ,-deyə ölkə Prezidenti əlavə edib. (Azərtac)

Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu

Samuxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
09.07.2018 / 17:09
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq və multikulturalizm haqqında məlumatlandırılıb

Xəbərlər
19.09.2014 / 09:58
Ətraflı oxu

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb.

Xəbərlər
12.11.2014 / 00:52
Ətraflı oxu