Oğuz rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda onlayn videokonfrans keçirilib

Xəbərlər / 22.04.2021 / 16:27

Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz rayon Gənclər  və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda  “Narkomaniyaya yox deyək” mövzusunda onlayn videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Oğuz Rayon Mərkəzi Kitabxanasının əməkdaşları, həmçinin gənclər iştirak ediblər.

Çıxış edən natiqlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanın məqsəd və amalı olmalıdır. Fərd olaraq ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır. Maarifləndirmə  işi  çox zaman cəmiyyət  tərəfindən  həyata  keçirilməklə  bərabər,  cəmiyyətin  özəyi  olan  ailə  və  məktəb  səviyyəsində də lazımi qaydada aparılmalıdır. Məktəblərdə  təbliğat  məsələləri  yüksək səviyyədə təşkil  olunmalı, asudə  vaxtın  faydalı  şəkildə  təşkili ilə  bərabər,  insanın düzgün formalaşması  üçün  lazım  olan  kompleks  tədbirlər  planlı  yerinə  yetirilməlidir.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər ...

Xəbərlər
16.10.2018 / 12:35
Ətraflı oxu

Yardımlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
11.06.2019 / 16:34
Ətraflı oxu

İslam dəyərlərinə dərin ehtiram

Press-relizlər
27.08.2019 / 09:53
Ətraflı oxu

Qubada “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
02.12.2021 / 15:39
Ətraflı oxu

Ağstafada “İslam dini və milli kimliyimiz” adlı tədbir təşkil olunub

Press-relizlər
09.01.2018 / 16:23
Ətraflı oxu

Komitə sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Press-relizlər
12.11.2019 / 17:14
Ətraflı oxu