“Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər / 15.04.2021 / 12:35

Aprel ayının 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin  və  Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı, Şəhər Polis şöbəsi, Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi, Gənclər Evi, SHXÇÜDX-nın rayon şöbəsi, Yevlax şəhər Heydər Əliyev mərkəzi, YAP Gəncə,  Naftalan şəhər, Bərdə, Tərtər, Goranboy, Laçın rayon təşkilatları, Loqos Psixologiya mərkəzinin və könüllü gənclərin iştirakı ilə  “Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda regional videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev  dini radikalizm və ekstremizm mövzusunun dünya ictimaiyyəti üçün də aktual mövzu olduğunu, ölkəmizdə DQİDK və hüquq-mühafizə orqanları tərəfindən bu sahədə böyük işlər görüldüyünü diqqətə çatdırıb. Natiq Əfəndiyev Yaxın Şərqdə baş verən hadisələrdən danışaraq təəssüflə bildirib ki, radikalizm və ekstremizmdən daha çox İslam dini zərər görür və İslam dini adı altında xarici qüvvələr radikal yönümlü təbliğat aparır. Ölkəmizdə heç vaxt dini ayrı-seçkiliyin olmadığını deyən şöbə müdiri 2020-ci ilin 27-sentyabr tarixindən başlanan Vətən müharibəsində müxtəlif dinlərin və xalqların nümayəndələrinin milli və dini həmrəylik nümayiş etdirdiyini qeyd edərək, bu birliyin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev bu gün cəmiyyətin bəlasına çevrilmiş narkomaniyanın yaratdığı acı nəticələrdən söhbət açaraq qeyd edib ki, bu kimi bəlalardan gənclərin qorunması üçün maarifləndirmə tədbirləri ölkəmizdə geniş şəkildə təşkil olunur. Rafiq Əliyev gənclərin sağlam, vətənpərvər ruhda tərbiyə almaları, asudə vaxtlarını səmərəli təşkil etmələri üçün ölkəmizin hər bir bölgəsində cənab Prezident İlham Əliyevin göstərişi ilə Gənclər Evlərinin, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin yaradılaraq istifadəyə verildiyini bildirib.

Yevlax şəhər Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Famil Qasımov gənclərlə belə mövzularda təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu gün ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən dini radikalizm, ekstremizm və narkomaniya kimi cəmiyyətin bəlasına çevrilmiş neqativ hallara qarşı mübarizə aparılır. Famil Qasımov gənclərə, xüsusən məktəblilərə bu kimi bəlalardan uzaq durmağı, ölkəmizin gələcəyi naminə savadlı, vətənpərvər ruhda böyüməyi tövsiyə edib.

Çıxış edən digər videokonfrans iştirakçıları dini radikalizm, ekstremizm və narkomaniyanın cəmiyyətimizdə yaratmış olduğu acı nəticələrdən danışaraq, bu kimi yad ünsürlərə qarşı yalnız maariflənmə və birlik yolu ilə qalib gəlməyin mümkünlüyünü diqqətə çatdırıblar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Göygöldə "Vətənpərvər gəncliyin dini radikalizmə qarşi mübarizəsi" mövzusunda vətənpərvərlik və maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.04.2018 / 15:33
Ətraflı oxu

“Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda onlayn seminar-treninq keçirilib

Press-relizlər
27.05.2021 / 14:18
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Xəbərlər
24.10.2019 / 09:48
Ətraflı oxu

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin tikintisi ilə tanış olub

Xəbərlər
27.05.2022 / 10:17
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı alman dilində nəşr olunub

Kitablar
09.08.2018 / 16:16
Ətraflı oxu

Bərdədə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər
21.05.2021 / 15:08
Ətraflı oxu