Zərdabda “31 Mart-Tariximizin faciəli səhifəsi” adlı anım tədbiri keçirilib

Press-relizlər / 30.03.2021 / 15:40

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün İdönümünə həsr olunmuş “31 Mart-Tariximizin faciəli səhifəsi” adlı videokonfrans keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, Zərdab rayon Heydər Əliyev Mərkəzinin müdiri Könül Rəhimova, mədəniyyət müəssisələrinin işçiləri, aktiv fəaliyyəti ilə seçilən gənclər, müəllimlər, dini icma sədrləri, din xadimləri və orta məktəb şagirdləri  iştirak ediblər.

Tədbirdə ilk olaraq soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı qeyd edilib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart və aprel aylarında baş verib. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı öldürüb, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidlər və digər abidələri dağıdıblar.

Videokonfransda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və xalqın birliyi ilə düşmən təxribatlarının qarşısının alınması məqsədi ilə başlanılan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbə ilə soyqırımı qurbanları və şəhidlərimizin qisası alınıb, tarixi ədalət bərpa edilib.     


Son baxılan xəbərlər

Dövlət Komitəsinin əməkdaşları “Sülh naminə fəaliyyət” layihəsində iştirak ediblər

Press-relizlər
22.09.2017 / 16:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə ...

Xəbərlər
28.01.2021 / 17:10
Ətraflı oxu

“Zəfər bizimdir!” adlı onlayn tədbir keçirilib

Xəbərlər
15.12.2020 / 16:00
Ətraflı oxu

Şimal bölgəsindən olan din xadimlərinin iştirakı ilə cari ildə görüləcək işlər müzakirə olunub

Press-relizlər
18.01.2023 / 10:44
Ətraflı oxu

Qusarda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
28.06.2018 / 16:17
Ətraflı oxu

15 İyun: Azərbaycanın müasir tarixinin dönüş anı

Xəbərlər
16.06.2016 / 09:07
Ətraflı oxu