Kürdəmirdə 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib

Press-relizlər / 30.03.2021 / 15:38

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Mədəniyyət müəssisələrinin işçilərinin, dini icma sədrləri və din xadimlərinin də iştirak etdiyi anım tədbirində 31  mart  soyqırımı  hadisələrində  və  vətənimizin  ərazi bütövlüyü   uğrunda   döyüşlərdə   şəhid  olmuş   şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı 1918-ci ilin mart soyqırımlarının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu qeyd edilib. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunduğu vurğulanıb. 

Çıxışlarda həmçinin qeyd edilib ki,  Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.


Son baxılan xəbərlər

Bakıda “Dünyəvi dövlətdə din və təhsil: mövcud vəziyyət və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
24.10.2019 / 15:40
Ətraflı oxu

Prezident İlham Əliyev: "Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə ...

Xəbərlər
15.01.2021 / 17:27
Ətraflı oxu

Lənkəranda Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə reyd keçirib

Press-relizlər
11.11.2016 / 16:44
Ətraflı oxu

Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər
20.02.2020 / 14:19
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq”

Xəbərlər
13.05.2021 / 11:41
Ətraflı oxu