31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Press-relizlər / 30.03.2021 / 14:29

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş onlayn regional konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, həmçinin Zaqatala, Balakən və Qax rayonlarında fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri, eləcə də müharibə veteranları, gənclər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbir soyqırımı qurbanı olan həmvətənlərimizin və Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlar zamanı 1918-ci ilin mart soyqırımının öz amansızlığına, qəddarlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayət aktlarından biri olduğu qeyd edilib. Bildirilib ki, erməni terror birləşmələrinin 1918-ci il 30 mart-3 aprel tarixlərində təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də dinc Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla həyata keçirdiyi soyqırımı nəticəsində minlərlə günahsız soydaşımız öldürülmüş, milli mədəniyyət abidələrimiz dağıdılaraq məhv edilmişdir.

Videokonfransda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlanılan 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər ilə soyqırımı qurbanları və şəhidlərimizin qisasının alınaraq tarixi ədalətin bərpa edildiyi qeyd edilib.


Son baxılan xəbərlər

Xəbərlər
11.02.2019 / 10:51
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib

Press-relizlər
03.07.2018 / 15:08
Ətraflı oxu

Bölgələrdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
07.06.2016 / 17:02
Ətraflı oxu

Mübariz Qurbanlı: "İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadr hazırlığı nəzərdə tutulur" - MÜSAHİBƏ

Müsahibələr
12.07.2019 / 14:07
Ətraflı oxu

“Azərbaycanın multikultural mühiti və ona qarşı təhdidlər” mövzusunda seminar keçirilib

Press-relizlər
17.10.2018 / 17:37
Ətraflı oxu

“Nizami Gəncəvi yaradıcılığında humanizm ideyaları” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2021 / 16:17
Ətraflı oxu