Lənkəranda Soyqırımı Günü ilə bağlı videokonfrans keçirilib

Press-relizlər / 29.03.2021 / 17:44

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videokonfrans keçirilib. Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Əliağa Novruzov, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib. Tədbir soyqırım qurbanlarının, həmçinin ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb. Çıxışlar zamanı 1918-ci il 31 mart soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğu bildirilib. Bu hadisənin xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutduğu, mənfur bolşevik-daşnak qüvvələri tərəfindən törədilən soyqırım zamanı on minlərlə insanın həlak olduğu diqqətə çatdırılıb. Natiqlər, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.

 

 


Son baxılan xəbərlər

İslam sülh və əmin-amanlıq dinidir

Press-relizlər
05.09.2018 / 11:33
Ətraflı oxu

Zaqatalada 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
27.01.2021 / 17:31
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Hacıqabulda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.10.2017 / 10:29
Ətraflı oxu

Vladimir Fekete: Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir

Multikulturalizm
14.09.2016 / 14:30
Ətraflı oxu

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu