Şimal bölgəsində erkən nikah və məişət zorakılığı müzakirə olunub

Press-relizlər / 18.03.2021 / 16:14

Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Erkən nikah problemi, məişət zorakılığı və ona qarşı mübarizə yolları” adlı vebinar keçirilib.

Vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba regional “ASAN xidmət mərkəzi”ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Həmid Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Günel Nürəddinova, Qusar RİH başçısının müavini Zoya Eldarova, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Naib Səttarov iştirak edib.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, son zamanlar baş verən intiharlar, ailə-məişət zəminində münaqişələr, azyaşlı qız uşaqlarını dini kəbin kəsdirməklə ailə qurmağa məcbur etmə kimi faktlar hər birimizi narahat edir. Natiq vurğulayıb ki, müvafiq dövlət qurumları və dini icmalar bu cür neqativ hallara qarşı birlikdə iş aparmalı, əhali arasında maarifləndirmə işləri davam etdiriliməlidir.

Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışı zamanı beynəlxalq hüquq və konvensiyalara toxunaraq azyaşlıların istənilən şəkildə istismarının yol verilməz olduğunu diqqətə çatdırıb.

Quba regional “ASAN xidmət mərkəzi”ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Həmid Məmmədov bildirib ki, ailə qurmaq məqsədilə mərkəzə müraciət edən cütlüklərə, onların valideyn və yaxın qohumlarına maarifləndirmə məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsi izah olunur.

QMİ-nin bölgə qazısı Naib Səttarov Qurani-Kərimdən ayələrə və hədislərə istinad edərək qeyd edib ki, İslam dini ailə dəyərlərinə qiymət verən, qadının nüfuzunun qaldırılması üçün onu qoruyan, qadına ana kimi baxıb onu müqəddəsləşdirən bir dindir.

Xaçmaz RİH başçısının müavini Günel Nürəddinova, Qusar RİH başçısının müavini Zoya Eldarova, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov çıxışlarında rayonlarda bu sahədə apardıqları uğurlu işlərdən nümunələr gətirərək, bundan sonra da birlikdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini ön plana çəkiblər.


Son baxılan xəbərlər

Tariximizin ən şərəfli səhifəsinin müəllifi

Xəbərlər
24.12.2020 / 09:57
Ətraflı oxu

“Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitab nəşr edilib

Kitablar
25.09.2020 / 15:43
Ətraflı oxu

Dövlət Komitəsində italiyalı qonaqlarla görüş keçirilib

Press-relizlər
06.06.2016 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Masallıda “Dinimiz imanımızdır” mövzusu müzakirə edilib

Press-relizlər
29.01.2018 / 15:23
Ətraflı oxu

Ucarda "Heydər Əliyev -Müasir Azərbaycanın memarı və qurucusu" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
22.02.2023 / 15:37
Ətraflı oxu