
Press-relizlər / 16.03.2021 / 15:29
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizədə din xadimlərinin rolu” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan şəhəri "Şilli" məscidinin imamı Mahir Səlimov və Salyan rayonunda fəaliyyət göstərən din xadimləri iştirak ediblər.
Çıxışlarda zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışılıb. Narkomaniyanın insan sağlamlığı, ailə, cəmiyyət və dövlət üçün təhlükəsindən bəhs edilib, narkomaniya və bu kimi zərərli vərdişlərdən uzaq gənc nəsil yetişdirməyin dövlətimizin prioritet vəzifəsi olduğu bildirilib. Narkomaniya ilə mübarizədə İslam dininin və din xadimlərinin rolu diqqətə çatdırılıb.