Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 12.03.2021 / 14:15

Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm  siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, C.Cabbarlı adına Mərkəzi kitabxananın müdiri Güllü Əhmədova, Qax rayon Gənclərin Karyera Mərkəzinin rəhbəri Elmir Həşimli, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və gənclər iştirak edib.

Çıxışlar zamanı milli birliyimizi, həmrəyliyimizi möhkəmləndirən tolerantlıq ənənələrinin və multikultural dəyərlərin yaşadılmasının, zəngin milli-mənəvi dəyərlərin qorunmasının önəmi vurğulanıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın və azərbaycançılıq məfkurəsinin bu gün  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikultural dəyərlərin yaşadılması və daha da zənginləşdirilməsi, gənclər arasında geniş təbliğ edilməsi haqqında danışılıb. İşğal altında olan Azərbaycan torpaqlarının, düşmən tapdağından azad edilməsi uğrunda xalqımızın apardığı ədalətli 44 günlük Vətən müharibəsi zamanı böyük  tarixi zəfərin eldə edilməsində tolerantlıq ənənələrinin və multikultural dəyərlərin formalaşdırdığı milli birliyin və həmrəyliyin rolu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 


Son baxılan xəbərlər

Elşad İskəndərov: "Bu ölkəmizdəki yüksək tolerant mühitin əyani göstəricisidir" (Foto)

Press-relizlər
26.04.2013 / 15:55
Ətraflı oxu

Biz – Azərbaycan yəhudiləri azərbaycanlı qardaşlarımızla birlikdə Vətənimizi müdafiə edəcəyik!

Xəbərlər
06.10.2020 / 10:15
Ətraflı oxu

Lənkəranda "Uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərlərimizin təbliği" mövzusunda tədbir keçirilib

Press-relizlər
27.10.2022 / 10:50
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu

Gürcüstanda yaşayan soydaşlarımız və şəhid ailələri ilə görüş keçirilib

Xəbərlər
29.09.2023 / 09:16
Ətraflı oxu

Gündüz İsmayılov: "Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib"

Açıqlama
26.10.2020 / 10:55
Ətraflı oxu