
Press-relizlər / 05.03.2021 / 10:31
Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Quba rayonunda fəaliyyət göstərən məktəblərin psixoloqları üçün “Məkətblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” adlı vebinar təşkil olunub.
Vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RTŞ-nin metodisti Ramin Mahmudov, QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov və məktəb psixoloqları iştirak edib.
Çıxışlarda qeyd edilib ki, gənc nəslin, o cümlədən məktəblilərin mənəvi dəyərlərə bağlılıq ruhunda inkişaf etdirilməsi vacibdir. Məktəb psixoloqlarının şagirdlərin mənəvi tərbiyəsində rolu vurğulanıb, bildirilib ki, məktəblilərin mənəvi cəhətdən yetişməsi üçün çoxsaylı tədbirlər keçirilməli, fərdi iş aparılmalıdır. İslam dininin uşaqların tərbiyəsinə xüsusi önəm verdiyi hədislərlə və din alimlərinin fikirləri ilə izah edilib.