“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn regional müşavirə keçirilib

Press-relizlər / 04.03.2021 / 12:48

Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin  iştirakı ilə  “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu”  mövzusunda onlayn regional konfrans keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək bildirib ki, hər bir xalqı dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun milli - mənəvi dəyərləridir. O qeyd edib ki, müstəqil ölkəmiz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində multikultralizm və tolerantlığın mərkəzinə çevirilib, respublikamızda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar.

Daha sonra çıxış edən digər natiqlər vurğulayıblar ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs və mənəvi borcudur.

 


Son baxılan xəbərlər

Zaqatalada maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.12.2017 / 13:56
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Sumqayıtda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Xəbərlər
26.11.2021 / 11:10
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Neftçalada vətəndaşları qəbul edib

Press-relizlər
23.01.2020 / 15:24
Ətraflı oxu

Ağdaşda Qurban bayramına həsr olunmuş tədbir keçirilib

Xəbərlər
16.07.2021 / 12:57
Ətraflı oxu

Qazax rayonunda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
26.04.2018 / 17:36
Ətraflı oxu