
Press-relizlər / 04.03.2021 / 12:48
Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn regional konfrans keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxış edərək bildirib ki, hər bir xalqı dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun milli - mənəvi dəyərləridir. O qeyd edib ki, müstəqil ölkəmiz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində multikultralizm və tolerantlığın mərkəzinə çevirilib, respublikamızda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar.
Daha sonra çıxış edən digər natiqlər vurğulayıblar ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs və mənəvi borcudur.