Zaqatalada “Xocalı fəryadı” mövzusunda regional konfrans keçirilib

Xəbərlər / 25.02.2021 / 12:11

Fevralın 24-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı fəryadı” adlı regional konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, Balakən RİH başçısı Aparatnının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, YAP Balakən rayon təşkilatı Gənclər birliyinin sədri Nurlan Şibliyev, Zaqatala, Qax və Balakən rayonlarından olan Vətən müharibəsi qaziləri, Qafqaz Müsəlmanları İdarəsinin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, bölgədə fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbir Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Çıxışlar zamanı amansızlığına, qəddarlığına, vəhşiliyinə görə bəşər tarixinə  və xalqmızın yaddaşına qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamının  mənfur düşmən hərbi birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar qanlı qırğının günahsız qurbanı olan uşaqlara, qadınlara və qocalara qarşı qəddarlıqla törədilmiş insanlıq cinayətinin və xalqlara qarşı yönəlmiş Xocalı faciəsi kimi soyqırımların yolverilməz olduğunu təsdiqləyir. Xocalı faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində hüquqi-siyasi qiymətin verildiyi qeyd edilib və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən  Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun xalqımıza qazandırdığı tarixi zəfərin 29 il bundan əvvəl baş vermiş faciənin qisası və layiqli cavabı olduğu vurğulanıb. Xalqımızın qan yaddaşı olan Xocalı haqqında həqiqətin dünyaya çatdırılması və bu faciənin  xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin 8 may tarixində “Xocalıya Ədalət” adlı təbliğat-təşviqat kompaniyasının başladıldığı və kompaniyanın davamı olaraq ölkə ərazisində və ölkədən kənarda  ümumxalq yürüşlərinin keçirildiyi vurğulanın, qeyd edilib ki, dövlətimiz tərəfindən bütün zəruri və ardıcıl addımların həyata keçirilməsinin nəticəsində bu gün Xocalı qətliamı bir sıra dünya ölkələri tərəfindən dövlət səviyyəsində soyqırım aktı kimi qəbul edilir. Bildirilib ki, etnik azərbaycanlılara qarşı törədilmiş və nəticəsində 63 uşaq, 106 qadın, 70-i qoca və qarı olmaqla 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi üçün Bakı şəhərində  2008-ci il 26 fevral tarixində “Ana harayı” abidəsi , Türkiyə, Hollandiya, Meksika və Bosniya və Herseqovina kimi ölkələrin müxtəlif şəhərlərində “Xocalı şəhidlər” abidəsi ucaldılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.04.2019 / 17:41
Ətraflı oxu

Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.09.2018 / 15:54
Ətraflı oxu

DQİDK və Xocalı RİH-in təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
13.06.2019 / 14:06
Ətraflı oxu

Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri müzakirə olunub

Press-relizlər
15.03.2017 / 17:43
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu