Qubada Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət edilib

Xəbərlər / 25.02.2021 / 11:52

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və QMİ-nin Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən bir qrup din xadimi dövlət komitəsinin əməkdaşları ilə birlikdə Quba Şəhidlər Xiyabanını ziyarət edib, Xocalı qurbanlarının xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsinin önünə gül dəstələri qoyublar. 

QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov Qurani-Kərimdən ayələr oxuyub,  silahsız,  köməksiz insanların qətlə yetirilməsinin İslam dinində pisləndiyini vurğulayıb.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında 1992-ci ilin qışında xalqımıza qarşı törədilmiş faciəni öz gözləri ilə görən bir şəxs kimi bildirib ki,  bəşər tarixində ən dəhşətli faciələr arasında Xocalı qətliamı daha dəhşətli və faciəlidir. 


Son baxılan xəbərlər

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu

Gəncədəki Yəhudi Dini İcmasının üzvləri: "Ermənistan humanitar atəşkəsə baxmayaraq, dinc sakinləri atəşə tutur"

Xəbərlər
18.10.2020 / 15:59
Ətraflı oxu

Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
12.11.2018 / 14:38
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilib

Xəbərlər
17.07.2020 / 12:51
Ətraflı oxu

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Xəbərlər
18.11.2017 / 14:04
Ətraflı oxu

Hacıqabulda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
29.07.2021 / 15:21
Ətraflı oxu