Şimal bölgəsində Xocalı faciəsi anılıb

Xəbərlər / 23.02.2021 / 12:33

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi, Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemi  və Qafqaz Müsəlmanları İdarəsinin Quba bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı faciəsininin 29-cu ildönümü ilə əlaqədar “Xocalı, qısasın alındı!” adlı videoformatda anım tədbiri keçirilib.

Tədbirdə təşkilatçı qurumların nümayəndələri, eyni zamanda din xadimləri və gənclər iştirak ediblər.

Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Xocalı faciəsi haqqında danışarkən bildirib ki, bu faciə dünya tarixində misilsiz qəddarlıq və vəhşiliklə yaddaşlara həkk olunub. Natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və dünya siyasi arenasındakı xüsusi nüfuzu, Ordumuzun gücü ilə işğal altında olan torpaqlarımız 44 gün ərzində düşməndən təmizləndi. Xeyli canlı qüvvə və texnika itkisi verən düşmən təslim olmağa, diz çökməyə məcbur edildi.

Çıxış edən İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov və digər natiqlər də  əldə olunmuş qələbəni 29 il bundan əvvəl baş vermiş faciənin və digər faciələrimizin qisası, layiqli cavabı kimi vurğulayıblar. 


Son baxılan xəbərlər

“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
05.09.2018 / 11:44
Ətraflı oxu

Mübariz Qurbanlı: Yer üzünə göndərilən bütün dinlər sevgini, mərhəməti, sülhü təbliğ edir, terror isə ...

Xəbərlər
21.10.2020 / 10:15
Ətraflı oxu

"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2019 / 16:28
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
20.07.2017 / 15:03
Ətraflı oxu

Gəncədə “Dini ekstremizm və onun fəsadları” mövzusu müzakirə edilib

Xəbərlər
18.01.2022 / 16:00
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavinini qəbul edib

Xəbərlər
17.05.2017 / 09:16
Ətraflı oxu