Yardımlıda "Narkomaniya və onun yaratdığı fəsadlar" mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər / 11.02.2021 / 16:21

Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon İcra Hakimiyyəti və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniya və onun yaratdığı fəsadlar"  mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin (RİH) məsul işçisi Elvin Abdulov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak ediblər. 

Çıxışlarda vurğulanıb ki, narkotik maddələrin qəbulu və narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün ciddi təhlükədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki, mənəvi və psixoloji cəhətdən məhv olur. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların da çoxunu gənclər təşkil edir. Narkomaniyanın mənəvi təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olur.

Çıxış edənlər bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildiriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Salyanda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.04.2022 / 15:36
Ətraflı oxu

Siyəzəndə mənəvi dəyərlər mövzusu müzakirə edilib

Press-relizlər
05.04.2023 / 15:55
Ətraflı oxu

Qubada “Dini radikalizmlə mübarizə: necə və nə etməli” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
27.08.2019 / 15:59
Ətraflı oxu

Ağstafada dini fanatizm və radikalizm mövzusu müzakirə olunub

Press-relizlər
25.05.2023 / 16:26
Ətraflı oxu

Samuxda "Narkomaniya, erkən nikah, dini radikalizmə qarşı mübarizə" mövzusu müzakirə edilib

Xəbərlər
10.06.2022 / 16:08
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimizin gənclərin tərbiyəsində rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.04.2018 / 17:28
Ətraflı oxu