Mübariz Qurbanlı Xorvatiyanın “Veçerniy List” qəzetinə müsahibə verib

Xəbərlər / 10.02.2021 / 16:03

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Mübariz Qurbanlı Xorvatiyanın “Veçerniy List” qəzetinin jurnalisti Hasan Haydar Diabın suallarını cavablandırıb.

Müsahibəsində Azərbaycandakı dini vəziyyət, ölkəmizdə mövcud olan dinlərin tarixi, dövlət tərəfindən dini sahəyə göstərilən diqqət və qayğı, işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi dini abidələr barədə geniş məlumat verib.

Bildirilib ki, Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər dinlərin əsrlərlə dinc şəraitdə yaşadıqları və tərəqqi etdikləri dünyəvi ölkədir. Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var. Müxtəlif dini icmalar ölkəmizin inkişafında fəal rol oynayırlar.

Dövlətin rəsmi siyasətində tolerant və multikultural dəyərlərin təşviqinin çox mühüm yer tutduğunu vurğulayan Komitə sədri qeyd edib ki, bu ənənə Ulu Öndər Heydər Əliyevin siyasətində önəmli yer tutub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Müxtəlif dini konfessiyalar arasındakı harmoniyaya diqqət çəkən M.Qurbanlı bu birliyin erməni işğalçıları üzərində Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibə zamanı özünü daha qabarıq şəkildə biruzə verdiyini xüsusi olaraq qeyd edib. Bildirilib ki, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri könüllü olaraq Vətən müharibəsində iştirak ediblər.

Eyni zamanda qeyd edilib ki, ermənilər işğal müddətində Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələrə qarşı vandalizm törədərək qədim Alban dövlətinə aid abidələri ciddi saxtakarlıqlara məruz qoyub, qriqoryanlaşdırmağa çalışıb. M.Qurbanlı yüzlərlə dini abidəmizin - məscid, kilsə, ziyarətgah və qəbiristanlıqların dağıdıldığını, məscidlərimizin tövlə halına salındığını söyləyib.

Ətraflı müsahibəyə görə Komitə sədrinə təşəkkürünü bildirən jurnalist işğaldan azad olunan torpaqlarımıza səfər edəcəyini, bu faktları işıqlandıracağını bildirib.

Sonda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.


Son baxılan xəbərlər

İmişlidə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.04.2022 / 11:34
Ətraflı oxu

Ağsuda “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.11.2016 / 17:02
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Xəbərlər
11.01.2016 / 09:08
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
26.11.2019 / 14:46
Ətraflı oxu

Din xadimləri və gənclər “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunu müzakirə ediblər

Xəbərlər
07.09.2021 / 16:19
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu